Archive

Posts Tagged ‘Urmu gölü’

İran Millətlər Zindanı

Avqust 27, 2011 1 şərh

Dünyanın gözü ərəb inqilabları və diktatorlarına yönəldiyi bir vaxtda, İran deyilən yerin şimalında Cənubi Azərbaycanda hal-hazırda olan durum heç də ərəb dünyasındakı hadisələrdən geri qalmır. Əgər ərəb dünyasında ixtişaşların başlıca səbəbi korrupsiyadırsa, Güney Azərbaycanda isə tamamən əksinə soyadaşlarımıza qarşı olan amansız təqib və zorakılıqların olmasındadır. Burda da ölkə, əsasəndə Güney Azərbaycan avtotarizim şəraitində idarə edilir.
Güney Azərbaycan türkləri milli haqlarından mərhum ediliblər və milli mənəvi soyqırıma məruz qalmaqdadırlar. İran məmurları insanların evlərinə soxularaq, evlərdə qanunsuz axtarışlar aparırlar, hökumət qrumlarının nümayəndələri şəxsi evlərdə və mənzillərdə qapalı yerlərdə Ətraflı…

“9 gizli dosye”

Avqust 15, 2011 Şərhlər bağlıdır

Bu yaxınlarda Türküstan qəzetindən oxuduğum maraqlı faktları qeyd etmək istərdim. Məşhur fransız yazıçı Alen Deko (Alain Dejaux) “9 gizli dosye” kitabında dünyanın 9 məşhur liderinin ölümləri barədə maraqlı məqamları əks elətdirib. Həmin liderlərdən biridə faşist Almaniyasının rəhbəri Adolf Hitler haqqında olan məlumatdır.
Kitabda faşist Almaniyasının rəhbəri Adolf Hitler barədə yer alan məlumatda bildirilir ki, müharibəni uduzduğunu tam yəqinləşdirən Hitler bunkerdə son günlərində öncə özü üçün nikah mərasimi təşkil edib.
Ər-arvad sıra ilə nikah kəsənə evlənmələri üçün razılıq olaraq “Bəli” deyə cavab verdilər. Sonra nikahlarını təsdiqləmək üçün imza atdılar. Növbə Evaya gələndə, öncə dəftərə “Eva B…” imzalamağa başladı, sonra durdu, gülərək B hərfini sildi və yanına “Hitler, qızlıq soyad Braun” yazdı.
Sonrakı saatlarda Hitler Frau Cungeyə vəsiyyətnaməsini oxutdurdu. Cunge Hitlerin katibələrindən biri idi.
Ölümlə üz-üzə olmasına baxmayaraq, Ətraflı…

%d bloqqer bunu bəyənir: