Archive

Posts Tagged ‘police’

Elnur Məcidli haqqında (təəssüratlarım)


Elnur Məcidliylə ilk tanışlığımız Qərb Universitetinin ikinci korpusunun həyətində olmuşdu. Elnur bizim universitetə Azərbaycan Pedoqoji Universitetindən köçürülmüşdü. Bizdən bir kurs yuxarı olmasına baxmayaraq, bir çox dərslərdə bizlə otururdu. Məlumunuz hər hansı universitetə öz ixtisasına uyğun olmayan fakultəyə köçürülərkən həmin fakultənin fənnlərini keçmək labüd olduğu üçün məcbur bir il geri düşürsən.
Elnur bizim universitetə köçürülməsinin səbəbini dediyinə görə, burada yüksək təhsil səviyyəsinin olduğu üçün bu addımı atmışdı. Əlbəttə ixtisasında əhəmiyyəti az deyildi. Onun təhsilə meyilli olduğu dərslər zamanı sezilirdi. İmtahanlarda da nəticələri yaxşı olurdu.
Hal-hazırda Elnur Məcidli həbsdədir. O, dəsr ilinin qurtarmasına həftələr qala qondarma ittihamla günahlandırılaraq azadlıqdan məhrum edildi.
May ayının 11-i facebook səhfəsində polisə çağırıldığı haqqında belə yazmışdı.. “Bu gün saat 17:00 a . Nəsimi Rayon Polis İdarəsinə çagırıblar . Güya nəsə izahat alacaqlar” Yazdığı statusundan da göründüyü kimi Ətraflı…

Norveçin 11 sentyabrı…


22 Iyul 2011 – ci il.. Bu tarix Norveçin 11 sentyabrı oldu. Həmin gün yerli vaxtla saat 15:27 də (Osla ilə Bakı arasında saat fərqi 3-dür) Oslonun mərkəzində, hökumət binasının qarşısında avtomobildə güclü partlayış baş verir, ardınca Oslodan 50 km aralıda yerləşən Ütoya adasında sosial-demokratların yay düşərgəsində dincələn gəncləri partlayışla əlaqəsi olan, polis geyimli şübhəli şəxs 1 saat ərzində dayanmadan silahla qətlə yetirir. Saat 18:27 də adaya gələn xüsusi təyinatlı polis dəstələri tərəfindən cinayətkar saxlanılır. Partlayış nəticəsində 7 nəfərin həlak olduğu, 30 nəfərin yaralandığı deyilir. İkinci cinayət nəticəsində isə 86 nəfər həlak olur, 60 nəfər yaralanır.

Hər hansı belə bir hadisə baş verərkən Ətraflı…

%d bloqqer bunu bəyənir: