Arxiv

Posts Tagged ‘İran’

Zəlzələ qurbanları – FOTOLAR


Güney Azərbaycanın Qaradağ vilayətində baş vermiş zəlzələ nəticəsində 100-dən artıq insanın həlak olduğu və bir o qədər insanlarımızın zərər gördüyü andan etibarən, bu günə kimi  zəlzələ qurbanlarının problemlərinin aradan qaldırılması üçün demək olar, heç bir səylər göstərilməyib. Və günü bu gündə vaxtında görülməyən tədbirlərin nəticəsidir ki, insanlar qışın bu günündə qarlı çovğunlu havada çadırda yaşayırlar. Bu məqsədlə bir neçə saytlardan mənbə kimi götürdüyüm şəkilləri blogumda yerləşdirməyi özümə borc bildim. Aşağıdakı şəkillərdən görə bilərsiniz ki,  zəlzələ bölgəsinin insanları hansı şəraitdə yaşayırlar. İran hökuməti isə hələ də susqunluğunu qorumaqda davam edir…

Bu slaydşou üçün JavaScript lazımdır.

 

PS. Fotolar Dak.org.az və APA.az saytından götürülmüşdür.

Advertisements

Yol inkişafdır – FOTOSESSİYA

Fevral 20, 2012 3 şərh

Mövzuya mərhum, cənab ümummilli lider, eks prezident statusu almış Heydər Əliyev cənablarının sözü ilə başlamaq istəyirəm.

“Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir.”

Bu gün Azərbaycanda anoloqu olmayan inkişaf bütün sahələrdə olduğu kimi “Yol”- sahəsindən də yan keçməmişdir. (Diqqət Ətraflı…

İran Millətlər Zindanı

Avqust 27, 2011 1 şərh

Dünyanın gözü ərəb inqilabları və diktatorlarına yönəldiyi bir vaxtda, İran deyilən yerin şimalında Cənubi Azərbaycanda hal-hazırda olan durum heç də ərəb dünyasındakı hadisələrdən geri qalmır. Əgər ərəb dünyasında ixtişaşların başlıca səbəbi korrupsiyadırsa, Güney Azərbaycanda isə tamamən əksinə soyadaşlarımıza qarşı olan amansız təqib və zorakılıqların olmasındadır. Burda da ölkə, əsasəndə Güney Azərbaycan avtotarizim şəraitində idarə edilir.
Güney Azərbaycan türkləri milli haqlarından mərhum ediliblər və milli mənəvi soyqırıma məruz qalmaqdadırlar. İran məmurları insanların evlərinə soxularaq, evlərdə qanunsuz axtarışlar aparırlar, hökumət qrumlarının nümayəndələri şəxsi evlərdə və mənzillərdə qapalı yerlərdə Ətraflı…

Şuşa yas içində, Bakı bayram havasında


 Azərbaycan SSRİ-nin tərkibindən çıxdıqdan sonra bir çox çətinliklərlə də olsa öz müstəqilliyini elan etdi. Bununla yanaşı Qarabağ Ermənistanın təzyiqilə üzləşmişdi. Getdikcə Dağlıq Qarabağ rayonları Ermənistanın nəzarəti altına düşməkdə idi. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa şəhəridə 1992-ci il mayın 8-də işğal olundu. Yüzlərlə dinc sakin həlak olub, yaralanıb, 60-a yaxın dinc sakin girov götürülüb və ya itkin düşüb. Onların arasında qadınlar və uşaqlar da var. 25 minə yaxın insan məcburi köçkünə çevrilib. Şuşanın işğalı Rusiyanın Qafqazda mövqeyinin möhkəmləndirilməsi, Azərbaycanda gedən Rusiyadan qopma proseslərinin qarşısını almaq və ermənilərin mövqeyini Dağlıq Qarabağda, Qafqazda möhkəmləndirmək üçün Ətraflı…

%d bloqqer bunu bəyənir: