Archive

Posts Tagged ‘Government’

Zəlzələ qurbanları – FOTOLAR


Güney Azərbaycanın Qaradağ vilayətində baş vermiş zəlzələ nəticəsində 100-dən artıq insanın həlak olduğu və bir o qədər insanlarımızın zərər gördüyü andan etibarən, bu günə kimi  zəlzələ qurbanlarının problemlərinin aradan qaldırılması üçün demək olar, heç bir səylər göstərilməyib. Və günü bu gündə vaxtında görülməyən tədbirlərin nəticəsidir ki, insanlar qışın bu günündə qarlı çovğunlu havada çadırda yaşayırlar. Bu məqsədlə bir neçə saytlardan mənbə kimi götürdüyüm şəkilləri blogumda yerləşdirməyi özümə borc bildim. Aşağıdakı şəkillərdən görə bilərsiniz ki,  zəlzələ bölgəsinin insanları hansı şəraitdə yaşayırlar. İran hökuməti isə hələ də susqunluğunu qorumaqda davam edir…

Bu slaydşou üçün JavaScript lazımdır.

 

PS. Fotolar Dak.org.az və APA.az saytından götürülmüşdür.

Nə etməli?…


 Konustitusiya üzərində Azərbaycan demokratik ölkə olsa da demokratik dəyərlərə əməl edilmir.   

Demokratik rejimin normaları heçə sayılır.  Güclər necə istəyir elə də ölkəni idarə edirlər. İnsanların hüquq və azadlıqları pozulur.  Tamamilə demokratiya adı altında monopoliya bərqərar olunub.  İnsanların söz və ifadə azadlığı əllərindən alınır.  Azərbaycan kimi dövlətin ən böyük problemi kimi Dağlıq Qarabağın işğal altında olması göstərilir.  Vəziyyət o hala gəlib ki, insanları işğal olunmuş torpaqlar yox, Qarabağ uğrunda canını fəda etmiş insanlarımız yox, sosial durumları narahat edir.  Əllbəttəki xalqı qınamaq olmur.  Hər kəs bir tikə çörək qazanmaq üçün normadan artıq işləməlidir.

 Xalq həqiqət yolundadır deməklə, quzunun qurda dönməməsi üçün insanları Ətraflı…

%d bloqqer bunu bəyənir: