Arxiv

Posts Tagged ‘cemiyyet’

Çoxəqidəlilik, yoxsa çoxsifətlilik?!


Əvvəlki dövrlərdə çoxəqidəlilik geniş yayılmamışdır. Bir partiyadan digərinə keçmək belə çox çətin və mümkünsüz idi. Ya buna səbəb rejimin çox qatı olması idi, ya da indiki zamandakı kimi insanlar azadlıqla, özbaşınalıqları qarışdırmırdılar. İndiki zamanda isə bu adi hal alıb.

Görünüşcən eyni olsalarda, tamam fərqli üzlər..

Millətin xilası üçün vahid yol olmalıdır. Yoxsa hər kəs istədiyi kimi müxtəlif yola etiqad edəcək. Belə olan halda cəmiyyət daha da öz simasını itirir.
Əlbəttəki çıxış yolu YAP-ın apardığı “azərbaycançılıq” ideologiyası heç vaxt ola bilməz. “Azərbaycançılıq” kommunistlər tərəfindən bu xalqa hopdurulmuş bir ləkədir. Bu millətin adı türkdürsə, niyə bunu danmalıdır?! Azərbaycanın daxilində yaşayan azlıqlar belə bizə türk deyir. Özümüz özümüzdə isə “türk” sözünü kompleksləşdiririk. Hansıki birdən kimlərinsə xoşuna gəlməz. “Türk” sözü kimlərinsə Ətraflı…

Bizdə niyə belədir? …


Bu yazımda istərdim ki, günümüz üçün aktual məsələlərdən olan demokratiyadan qısaca da olsa söhbət  açım. Demokratiyanın beşiyi antik dövrün dövlətləri olan roma-yunanıstan sayılsa da , müasir dövrdə demokratiyanın beşiyi ABŞ və Qərbi Avropa dövlətləri sayılır. Qərb cəmiyyətində demokratiya sahəsində müsbət yönlü addımlar atılır. Bizdə isə proseslər əksinə inkişaf edir. XX – əsrin əvvəllərində və sonlarında Azərbaycan öz müstəqilliyini qazandığı vaxtlar bu sahədə irəliləyişlər nəzərə çarpmaqda idi. Günümüzə doğru gəldikdə isə bunun əksini görürük. Qərb demokratikləşir bizdə isə demokratiksizləşmə gedir. Bəs bizdə niyə belədir? …

Demokratiya dedikdə ilk növbədə ağıla “xalqın hakimiyyəti” gəlir. Əlbəttə ki, demokratiya – xalqın öz-özünün müqəddəratını təyin etmə və idarəetməsidir. Demokratiyadan danışarkən Ətraflı…

%d bloqqer bunu bəyənir: