Archive

Posts Tagged ‘Azerbaijian’

Zəlzələ qurbanları – FOTOLAR


Güney Azərbaycanın Qaradağ vilayətində baş vermiş zəlzələ nəticəsində 100-dən artıq insanın həlak olduğu və bir o qədər insanlarımızın zərər gördüyü andan etibarən, bu günə kimi  zəlzələ qurbanlarının problemlərinin aradan qaldırılması üçün demək olar, heç bir səylər göstərilməyib. Və günü bu gündə vaxtında görülməyən tədbirlərin nəticəsidir ki, insanlar qışın bu günündə qarlı çovğunlu havada çadırda yaşayırlar. Bu məqsədlə bir neçə saytlardan mənbə kimi götürdüyüm şəkilləri blogumda yerləşdirməyi özümə borc bildim. Aşağıdakı şəkillərdən görə bilərsiniz ki,  zəlzələ bölgəsinin insanları hansı şəraitdə yaşayırlar. İran hökuməti isə hələ də susqunluğunu qorumaqda davam edir…

Bu slaydşou üçün JavaScript lazımdır.

 

PS. Fotolar Dak.org.az və APA.az saytından götürülmüşdür.

Atəşkəs Qurbanları – Siyahı

Aprel 16, 2012 6 şərh

    Davam edir! 1994-cü il may ayının 12-də Atəşkəs elan olunduqdan sonra bu günə kimi (17 aprel 2012-ci il) bir çox sayda əsgər həlak olub və ya yaralanıb.
    Müharibədə dəymiş ziyan, atəşkəsdən sonrakılarla elə də fərqlənmir. Daha da mənəvi ziyanlar artıb və davam edir. Müharibədə dəyilən zərərlər nə qədər qabardılırsa, gündəmdə saxlanılırsa, atəşkəsdən sonra baş verən hadisələr əksinə ört-basdır edilir. Əgər 10 əsgərimiz öldürülürsə, yaralanırsa, televiziyalar 1 ya 2 əsgər barəsində məlumat verir və qarşılığında ermənilərin daha çox itki verdiyi böyük fəxrlə qeyd edilir.
    …Və Ətraflı…

17 mart – “Ədalət naminə”


Image 17 Mart Azərbaycanın demokratik düşüncəli gənclərinin bir araya gəldiyi gündür.
Mitinq barədə kifayət qədər yazılar yazıldı, müsahibələr verildi və s…
17 mart mitinqi haqqında həm müsbət, həm də mənfi fikirlər səsləndi. Əlbəttə ki, bu normal bir haldır.
– Hakim dairələr müxtəlif vasitələrlə, mitinq keçirilməmişdən keçirilənə kimi və bu günə qədər 17 mart aksiyasının əhəmiyyətini azaltmağa çalışırlar. Çirkin vasitə və böhtanlarla. Sağlam mübarizə üsulu bunlara yaddır. Hakimiyyətin mövqeyi hər kəsə bəllidir. (Siyasi məhbusların hansı böhtanlarla həbs olunmasından, Xədicə İsmayıl Ətraflı…

Bizdə niyə belədir? …


Bu yazımda istərdim ki, günümüz üçün aktual məsələlərdən olan demokratiyadan qısaca da olsa söhbət  açım. Demokratiyanın beşiyi antik dövrün dövlətləri olan roma-yunanıstan sayılsa da , müasir dövrdə demokratiyanın beşiyi ABŞ və Qərbi Avropa dövlətləri sayılır. Qərb cəmiyyətində demokratiya sahəsində müsbət yönlü addımlar atılır. Bizdə isə proseslər əksinə inkişaf edir. XX – əsrin əvvəllərində və sonlarında Azərbaycan öz müstəqilliyini qazandığı vaxtlar bu sahədə irəliləyişlər nəzərə çarpmaqda idi. Günümüzə doğru gəldikdə isə bunun əksini görürük. Qərb demokratikləşir bizdə isə demokratiksizləşmə gedir. Bəs bizdə niyə belədir? …

Demokratiya dedikdə ilk növbədə ağıla “xalqın hakimiyyəti” gəlir. Əlbəttə ki, demokratiya – xalqın öz-özünün müqəddəratını təyin etmə və idarəetməsidir. Demokratiyadan danışarkən Ətraflı…

%d bloqqer bunu bəyənir: