“Etirafnamə”

Dekabr 17, 2011 2 şərh

Etiraf həftəsinin son günlərində məndə öz etiraflarımı etiraf etmək üçün etiraf etmək istədim və qısacıqda olsa etiraflarımı dilə gətirmək üçün yazdım. Buyurun aşağıda “etirafnamə”mi oxuyun:

• İlk dəfə VHP-dən əvvəl Azərbaycan Ətraflı…

Advertisements

Təhsilimiz və Bu Günümüz


Hansı sahə üzrə təhsil almasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı aldığı təhsili dövlətinin və cəmiyyətinin mənafeyi üçün belə desək, xərcləməlidir. Əlbəttə ki, dövlət vətəndaşının bu yolda etdiklərini ədalətli şəkildə qiymətləndirməlidir.
Nəzəri cəhətdən baxsaq görərik ki, Azərbaycan gənclərinin 80%-dən çoxu Ətraflı…

Kateqoriyalar: Qeydlərim Etiketlər: , , , , ,

Erməni kəşfiyyatçısından şok açıqlamalar


“Bizim Qarabağ müharibəsində qələbəmizin səbəbi Ermənistan kəşfiyyatının Azərbaycan kəşfiyyatı üzərində qələbəsindədir”.
Bu sözləri Еrmənistаn Silаhlı Qüvvələrinin кəşfiyyаt idаrəsinin rəisi gеnеrаl-mаyоr Аrşак Каrаpеtyаn еrməni mətbuаtınа müsаhibəsində deyib. Onun sözlərinə görə, erməni kəşfiyyatçıları ABŞ, SSRİ, Fransa, Almaniya kimi ölkələrdə xidmət etmişlər. Və tarix boyu erməni kəşfiyyatı öz gücünü göstərmişdir.
Qeyd etmişdir ki, kəşfiyyatçılıq erməni xalqının Ətraflı…

Vətəndaşları soymağın başqa bir üsulu ( TOPAZ)

Sentyabr 4, 2011 3 şərh

Bütün dünyada olduğu kimi Azərbaycanda da idman oyunlarına pul qoyuluşu edilir. Bir neçə ay əvvələ kimi “totalizator” deyilən mərc oyunları Azərbaycanda rəsmi şəkildə fəaliyyət göstərmirdi. Rəsmi şəkildə fəaliyyət göstərməməsinə baxmayaraq totalizatorlar ədalətli şəkildə və bərabər haqqlarla fəaliyyət göstərirdilər. Ancaq başda Azad Rəhimov olmaqla Gənclər və İdman Nazirliyi özlərinin mənfəətini təmin etmək üçün qanunsuz fəaliyyət göstərən totalizatorların fəaliyyətinə qadağa qoydular və bunun üstünə Türkiyədə İddaa mərc oyunlarının anoloqunu yaratdılar. TOPAZ…!
Əlbəttəki rəsmi şəkildə mərc oyunlarının aparılması yaxşıdır və belə olan halda insanlarda öz haqqlarını tələb edə bilərlər. Və dünyanın çox ölkələrində mərc oyunları qanuni şəkildə fəaliyyət göstərirlər.
Ancaq di gəlki, rəsmiləşdirilmiş oyunların arxasında Ətraflı…

İran Millətlər Zindanı

Avqust 27, 2011 1 şərh

Dünyanın gözü ərəb inqilabları və diktatorlarına yönəldiyi bir vaxtda, İran deyilən yerin şimalında Cənubi Azərbaycanda hal-hazırda olan durum heç də ərəb dünyasındakı hadisələrdən geri qalmır. Əgər ərəb dünyasında ixtişaşların başlıca səbəbi korrupsiyadırsa, Güney Azərbaycanda isə tamamən əksinə soyadaşlarımıza qarşı olan amansız təqib və zorakılıqların olmasındadır. Burda da ölkə, əsasəndə Güney Azərbaycan avtotarizim şəraitində idarə edilir.
Güney Azərbaycan türkləri milli haqlarından mərhum ediliblər və milli mənəvi soyqırıma məruz qalmaqdadırlar. İran məmurları insanların evlərinə soxularaq, evlərdə qanunsuz axtarışlar aparırlar, hökumət qrumlarının nümayəndələri şəxsi evlərdə və mənzillərdə qapalı yerlərdə Ətraflı…

“9 gizli dosye”

Avqust 15, 2011 Şərhlər bağlıdır

Bu yaxınlarda Türküstan qəzetindən oxuduğum maraqlı faktları qeyd etmək istərdim. Məşhur fransız yazıçı Alen Deko (Alain Dejaux) “9 gizli dosye” kitabında dünyanın 9 məşhur liderinin ölümləri barədə maraqlı məqamları əks elətdirib. Həmin liderlərdən biridə faşist Almaniyasının rəhbəri Adolf Hitler haqqında olan məlumatdır.
Kitabda faşist Almaniyasının rəhbəri Adolf Hitler barədə yer alan məlumatda bildirilir ki, müharibəni uduzduğunu tam yəqinləşdirən Hitler bunkerdə son günlərində öncə özü üçün nikah mərasimi təşkil edib.
Ər-arvad sıra ilə nikah kəsənə evlənmələri üçün razılıq olaraq “Bəli” deyə cavab verdilər. Sonra nikahlarını təsdiqləmək üçün imza atdılar. Növbə Evaya gələndə, öncə dəftərə “Eva B…” imzalamağa başladı, sonra durdu, gülərək B hərfini sildi və yanına “Hitler, qızlıq soyad Braun” yazdı.
Sonrakı saatlarda Hitler Frau Cungeyə vəsiyyətnaməsini oxutdurdu. Cunge Hitlerin katibələrindən biri idi.
Ölümlə üz-üzə olmasına baxmayaraq, Ətraflı…

Elnur Məcidli haqqında (təəssüratlarım)


Elnur Məcidliylə ilk tanışlığımız Qərb Universitetinin ikinci korpusunun həyətində olmuşdu. Elnur bizim universitetə Azərbaycan Pedoqoji Universitetindən köçürülmüşdü. Bizdən bir kurs yuxarı olmasına baxmayaraq, bir çox dərslərdə bizlə otururdu. Məlumunuz hər hansı universitetə öz ixtisasına uyğun olmayan fakultəyə köçürülərkən həmin fakultənin fənnlərini keçmək labüd olduğu üçün məcbur bir il geri düşürsən.
Elnur bizim universitetə köçürülməsinin səbəbini dediyinə görə, burada yüksək təhsil səviyyəsinin olduğu üçün bu addımı atmışdı. Əlbəttə ixtisasında əhəmiyyəti az deyildi. Onun təhsilə meyilli olduğu dərslər zamanı sezilirdi. İmtahanlarda da nəticələri yaxşı olurdu.
Hal-hazırda Elnur Məcidli həbsdədir. O, dəsr ilinin qurtarmasına həftələr qala qondarma ittihamla günahlandırılaraq azadlıqdan məhrum edildi.
May ayının 11-i facebook səhfəsində polisə çağırıldığı haqqında belə yazmışdı.. “Bu gün saat 17:00 a . Nəsimi Rayon Polis İdarəsinə çagırıblar . Güya nəsə izahat alacaqlar” Yazdığı statusundan da göründüyü kimi Ətraflı…

%d bloqqer bunu bəyənir: