Əsas səhifə > Qeydlərim > Vahid Namizəd Kim Olacaq?!

Vahid Namizəd Kim Olacaq?!


Son vaxtlar ictimai sektorda gündəmi məşğul edəcək bir çox hadisələrə şahidlik etdik. Istər müsbət, istərsə də mənfi prosesləri. Bu hadisələr barədə xırdalığa getmək kimi bir fikrim yoxdur. Bunlar arasında daha çox önəm kəsb edən 2013-cü il Prezident Seçkilərindən, daha da konkretləşdirsək, “Vahid Namizəd” məsələsindən qısacıqda olsa qeydlərimi etmək istəyirəm.
Nə üçün 2013-cü il Prezident Seçkilərini digər proseslərdən daha önəmli hesab edirəm? – Çünki, ortada Azərbaycan xaqlının taleyi məsələsi durur. Bundan vacib məsələ ola bilməz.
Bu günkü gündə müxalifətin vahid namizədi kim olacaq? – Gündəmdə duran əsas məsələ və sual budur. Kim?!
Vahid namizəd məsələsi nə qədər tez həllini tapsa bir o qədər müsbət haldır. Konkret müxalifəti kimin təmsil edəcəyi bəlli olsa təbliğat üçündə kifayət qədər vaxt qalacaq. Ancaq “vahid namizəd” kim olacaq deyə müxalifət arasında mübarizə nə qədər davam edəcəksə bu müxalifətin özünə ziyan verəcək. Bundan yararlanan isə iqtidar olacaq. Beləki, bir çox çirkin böhtanlara şahid olacağıq. Hansıkı, Elçibəyin zəhərlənməsi kimi böhtanla biz bunun şahidi olduq.
İsa Qəmbər və Emin Milli məsələsini də həmçinin qeyd etmək olar. Bəlkə də İsa Qəmbər seçki qabağı siyasi oyun oynayır, təmkinli görsənməyə çalışır. Bəlkə də bu onun demokratikliyinin göstəricisidir. Ancaq bir həqiqət var ki, İsa Qəmbər hakimiyyətə gəlsə belə, indiki rejimdən fərqli olaraq, Emin Milli kimi gənclərə təzyiq göstərməyəcək, yaxudda həbs etdirməyəcək. Əksinə daha da onların inkişafı üçün səy göstərəcək.
Əsas olanı isə budur ki, tez bir zamanda vahid namizəd məsələsi həllini tapmasa müxalifət arasında mübarizə daha da gərgin hal alacaq. Belə olduqda heç bir tərəf güzəştə getməyəcək.
Və bəlkə də heç kimin gözləmədiyi bir hal baş verəcək və hər kəs öz düşərgəsindən Prezidentliyə namizəd olacaq. Belədə isə müxalifətə olan az-çox inamda azalacaq. Və istər Əli Kərimli, İsa Qəmbər istərsə də digər namizədlərdə öz maraqlarını xalqdan üstün tutan siyasətçilər kimi qəbul ediləcək. Xalqın demokratik düşərgəyə olan inamı da sarsılacaq. Bu hal baş verərsə isə xalq öz müqəddəratını özü həll etmək istəyəcək və belə olduğu zaman isə inqilab qaçılmaz olacaq!!!

Advertisements
  1. Sentyabr 7, 2012 tarixində, saat 8:29 səhər

    kilimçi 🙂 20 ildir nə mahnı dəyişir nə də ifaçılar 🙂

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: