Əsas səhifə > Qeydlərim > Rejimə dayaq – Yaşlı Nəsil

Rejimə dayaq – Yaşlı Nəsil


Bir cəmiyyətin normal cəmiyyət olması onu təşkil edən ünsürlərdən (insanlardan) asılıdır. Normal cəmiyyət dedikdə azad, ədalətli cəmiyyət nəzərdə tuturam. Belə bir vərdiş halını almış və məsəl halına gəlmiş kəlimə var ki, “hər bir cəmiyyətdəki insanlar hansı şəkildə yaşama imkanına və şəraitinə layiq və malikdirsə elə də yaşayır”.
Ancaq bunun əksini düşünsək, insan öz irdadəsi sayəsində bir çox dəyişikliklər edə bilər.
… Və bu öz əlindədir.
Vacib deyil ki, çoxluq toplum olaraq nəyəsə cəhd etsin. Əsad odur ki, iradəli olasan, görülən iş kəmiyyətə deyil, keyfiyyətə əsaslansın.
Əgər yaşadığın cəmiyyətdə cənnət cəhənnəm kimi, cəhənnəm cənnət kimi göstərilirsə , yalan(lar) içində yaşamaq istəməyən, içində saxladığı vicdan səsini dilə gətirməyə borcludur və məhkumdur.
Yaşadığımız rejimdə demokratiya var deyib, demokratiyanı boğurlar, mentalitet adıyla insanların hüquqlarını tapdalayırlar, informasiya azadlığı var deyib, informasiyadan məhrum etməyə çalışırlar və s. sadaladıqca bu kimi problemlər artır və artdıqca da artmaqda davam edir.
Son 2 ildir ki, Azərbaycan gəncliyi orta və yaşlı nəslin bizlərə buraxdığı bu riyakar və yalan dolu olan hazırki rejimə qarşı mübarizəsini daha da genişləndirib. Bu həqiqətən çox gözəldir. Sonucda, nəyəsə nail olunmasa belə düşünürəm ki, biz gənclərin mübarizəsi orta və yaşlı nəsilə örnək olmalıdır. Nəinki onların bizə…
Deməli, ortaya çıxan nəticə budur:
Hazıki rejimin hakimiyyətə gəlməsinin və günümüzədək hakimiyyətdə qalmasının tək səbəbkarı orta və yaşlı nəsildir.
Üstəlik, yeni Azərbaycan gəncliyinin apardığı mübarizədə, görünən tablonu dəyişmək istəyi zamanı rejim azərbaycan gəncliyi ilə orta və yaşlı nəsili “mentalitet” kimi şeyləri ortaya atmaqla üz-üzə qoyur. Orta və yaşlı nəsil “bizim zamanımızda belə deyildi” deməklə rejimin ömrünə ömür qatır. Nəticə isə budur ki, yaşlı nəsil öz haqqını haqq etmədiyi şəkildə alır (hər ay aldığı pensiya və qaytarılan əmanətlərin miqdarına düşünürəm ki, layiqdir və sadalamadığım bu kimi haqqına düşəni alır).
Burdan da ortaya son belə bir nəticə çıxır, bütün bunların tək və əsas səbəbkarı “Mentalitet”dir.

Advertisements
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: