Əsas səhifə > Qeydlərim > Atəşkəs Qurbanları – Siyahı

Atəşkəs Qurbanları – Siyahı


    Davam edir! 1994-cü il may ayının 12-də Atəşkəs elan olunduqdan sonra bu günə kimi (17 aprel 2012-ci il) bir çox sayda əsgər həlak olub və ya yaralanıb.
    Müharibədə dəymiş ziyan, atəşkəsdən sonrakılarla elə də fərqlənmir. Daha da mənəvi ziyanlar artıb və davam edir. Müharibədə dəyilən zərərlər nə qədər qabardılırsa, gündəmdə saxlanılırsa, atəşkəsdən sonra baş verən hadisələr əksinə ört-basdır edilir. Əgər 10 əsgərimiz öldürülürsə, yaralanırsa, televiziyalar 1 ya 2 əsgər barəsində məlumat verir və qarşılığında ermənilərin daha çox itki verdiyi böyük fəxrlə qeyd edilir.
    …Və qurbanlarımız unudulur
    Azərbaycan hakimiyyətinin apardığı siyasətin məğzidə məhz bundan ibarətdir. Təkcə, 2011-ci il ərzində 100-ə yaxın əsgərimiz şəhid olub, yaxud daxili insident nəticəsində öldürülüb, yaxud ölümə təhrik edilib.
    2012-ci il ərzində, keçən 3 ay yarım müddətində 20 və 20-dən çox əsgərimiz həlak olub, yaxud yaralanıb.
    2012-ci ildə öldürülən və yaralanan əsgərlərimizin siyahısı və hansı səbəblərdən baş verdiyini aşağıda qeyd etmişəm.
    – Əsgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib, sonra isə özünü öldürüb. Silah avtomatik rejimdə olduğundan yaxınlıqdakı iki əsgər də yaralanıb. Hadisə zamanı yaralanan əsgərlər – 19 yaşlı Teymur Təmirov və 20 yaşlı Babək İbişovdur. Hadisə Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində baş verib. T. Təmirov Bakının Nizami, B. İbişov isə İmişli Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıb. Baş vermiş silahlı insident zamanı dünyasını dəyişən əsgər Emil Həsənov Lənkəran, Məmməd Abbasov isə Bakının Nəsimi Rayon Hərbi komissarlıqlarından xidmətə çağırılıblar.
    – Əsgər 1992-ci il təvəllüdlü Elmir Adil oğlu Kərimov avtomat silahla özünə atəş açaraq intihar edib. Verilən məlumata görə, əsgər ailəsində yaranmış problemdən sarsıntı keçirərək bu addımı atıb. Hadisə Müdafiə Nazirliyinin Füzuli rayonundakı “N” saylı hərbi hissəsində qeydə alınıb.
    – Əsgər Elşən Abbas oğlu Həbibov martın 19-da öz silahından başına atəş açıb. O aldığı güllə yarasından hadisə yerində keçinib. Hadisə cəbhənin Ağdam istiqamətində N saylı hərbi hissəsində qeydə alınıb. Elşən Həbibov Qaradağ rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmışdı.
    – Əsgər Nadir Səfərəliyev Bakıdakı hərbi hospitalda leykoz xəstəliyindən dünyasını dəyişib. Əsgər Nadir Səfərəliyev Ağstafa rayonu ərazisindəki N saylı hərbi hissədə xidmət edirdi. Səfərəliyev Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
    – Kiçik çavuş 1992-ci il təvəllüdlü Kamran Coşqun oğlu Hacıyev tabeliyindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisə Müdafiə Nazirliyinin Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. K. Hacıyev Gəncə Şəhər Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
    – Əsgər 1993-cü il təvəllüdlü İsmayıl Ələkbər oğlu Novruzov fevralın 10-da Müdafiə Nazirliyinin hərbi hospitalında xəstəlikdən dünyasını dəyişib. İ. Novruzov bu ilin yanvarında Abşeron Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
    – Əsgər 19 yaşlı Anar Ocaqov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “UAZ” markalı maşının qəzaya uğraması nəticəsində həlak olub. Hadisə Goranboy rayonunda qeydə alınıb. A. Ocaqov 2011-ci ildə Şabran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Daha bir əsgər yaralanaraq hospitala yerləşdirilib.
    – Əsgər Əmiraslanov Mehman Əmiraslan oğlu tabeliyindəki avtomat silahdan atəş açaraq özünü öldürüb. Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. M. Əmiraslanov 2011-ci ildə Qaradağ Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
    – Əsgər 1991-ci il təvəllüdlü Rufin Vilayət oğlu Rəhimov əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisə Müdafiə Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. R. Rəhimov Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
    – Əsgər Hüseynzadə Asiman Niyaz oğlunun əlindəki avtomat silahdan açılan atəş nəticəsində Əsgər Quliyev Şəhadət Qənaət oğlu həlak olub, digər iki əsgər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə yanvarın 18-də baş verib.
    – Əsgər Vüqar Məmmədov tabeliyində olan avtomatdan atəş açaraq iki əsgəri öldürüb, daha iki nəfəri yaralayıb. O, avtomat silahdan atəş açaraq Pünhan Nağızadə (İmişli Rayon Hərbi Komissarlığı) və Müseyib Hüseynovu (Sumqayıt şəhər Hərbi Komissarlığı) öldürüb, Elçin Rəhimov (Suraxanı Rayon Hərbi Komissarlığı) və Məlik Məlikovu (Sabirabad Rayon Hərbi Komissarlığı) yaralayıb. Hadisə Müdafiə Nazirliyinin Göygöldə yerləşən “N” saylı hərbi hissəsində baş verib.
    Müxtəlif səbəblərdən yaralanan əsgərlərimiz : Məmmədli Əzizxan Azad oğlu, Hacıyev Ramiz Məhəmməd oğlu, Yunis Ramiz oğlu Məmmədli, Ayxan Nizami oğlu Mustfayev, Ağarza Mirməhəmməd oğlu Əmirov, Anar Hüseynqulu oğlu Məmmədov, İsayev Elşən Tərlan oğlu, Raduqa Abdulrəhmanov, Quliyev Vüsal Vəli oğlu (mülki şəxs), Teymur Təmirov, Babək İbişov və adlarını bilmədiyimiz hərbi yük maşının aşması nəticəsində 7, ehtiyatsızlıq zəmnində açılan atəş nəticəsində 5-dən artıq əsgər yaralanıb.

    Advertisements
  1. Elshad
    Aprel 16, 2012 tarixində, saat 10:36 səhər

    Bu ne demekdir?? yalniz ele bunlardir olenler? Bes dusman gulesine tus geenlerin siyahisi hani? Men basa duse bilmirem neye gore hemise negativleri agardib gostermek isteyir bu insanlar. Cavab da bele olur “biz isteyirik bunu gosterek ki, duzelsinler”. Yox bir deve!

  2. Aprel 16, 2012 tarixində, saat 12:19 axşam

    yazdıqlarım 3 ay ərzində baş verənlərdir. Düşmən gülləsinə tuş gələnlər arasında əsasən yaralananlardır. Aşağıda yalnız adlarını çekdiylərimin əksəriyyəti erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanıb. Bir sözlə olanları qeyd etmişəm, bəy! Nəsə əksik və ya artıq yazmamışam.

    • Elshad
      Aprel 16, 2012 tarixində, saat 12:29 axşam

      Cavabiniza gore tesekkurler. Ama ilk baxisdan bu postu oxuyanda ele bilinir ki, sanki butun olenler bizim ozumuz dolayisi yolla dovletimizin/hakimiyyetin ucbatindan bas verir. Sanki muharibenin bir elaqesi yoxdur. Sadece fikrimi bildirdim. Yene de yazdiginiz ucun tesekkurler. Size de ugurlar.

  3. Aprel 16, 2012 tarixində, saat 3:09 axşam

    Təşəkkür edirəm!

  4. Pervin
    Aprel 16, 2012 tarixində, saat 3:54 axşam

    bu da Azerbaycanin Kisilik mektebi …….

  5. Orxan
    Aprel 16, 2012 tarixində, saat 6:43 axşam

    3 ayda bu qeder esger helak olubsa, ilin sonunu tesevvür etmek dəhşətdi

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: