Əsas səhifə > Qeydlərim > 17 mart – “Ədalət naminə”

17 mart – “Ədalət naminə”


Image 17 Mart Azərbaycanın demokratik düşüncəli gənclərinin bir araya gəldiyi gündür.
Mitinq barədə kifayət qədər yazılar yazıldı, müsahibələr verildi və s…
17 mart mitinqi haqqında həm müsbət, həm də mənfi fikirlər səsləndi. Əlbəttə ki, bu normal bir haldır.
– Hakim dairələr müxtəlif vasitələrlə, mitinq keçirilməmişdən keçirilənə kimi və bu günə qədər 17 mart aksiyasının əhəmiyyətini azaltmağa çalışırlar. Çirkin vasitə və böhtanlarla. Sağlam mübarizə üsulu bunlara yaddır. Hakimiyyətin mövqeyi hər kəsə bəllidir. (Siyasi məhbusların hansı böhtanlarla həbs olunmasından, Xədicə İsmayıl şantaj edilməsi və son olaraq 17 mart mitinqinin sonunda baş verənlər….)
…Və buna əhəmiyyət vermək lazım deyil, ən azından arada səviyyə söhbəti var .
Sözüm 17 mart mitinqi vasitəsilə özünü reklam etməyə, yağlanıb rahat şəkildə hakimiyyətə qabırğa olmağa çalışan, şəxsi həyatlarında fırıldaqçılıqla və s. işlərlə məşğul olub, özünü cəmiyyətə ideal göstərməyə, hakimiyyətə canı yanan kimi göstərməyə çalışan şəxslərədir.
Gələcəyini düşünən, xalqının hansı durumda olduğunu anlayan və bu situasiyanı dəyişməyə çalışan gənclər meydana çıxıb, həqiqətləri söyləyirsə, haqqını tələb edirsə sizlərə nə olub??? – Yoxsa, mitinq sizin haranısaza girir, xəbərimiz yoxdur. Daha yaxşı olardı ki, ayaq altına dolaşmayın, ayaq altda qalarsınız.
Azərbaycan gəncliyi içərsində gününü bulvarda veyillənməklə, dərsə davamiyyət xətrinə gedən, künc-bucaqda siqaretlə tüstülənən, gününü wap/saytlarında, facebook-da sevgi statusları yazmaqla məcnuna dönən, gələcəyinə biganə qalan gənclər en qədərdir. Bu hakimiyyətin siyasətinin bir parçasıdır və bilmədən də olsa bu oynunda iştirak edirlər.
Gəncliyimizin bu qəbildən olan hissəsini də sıralarımızda görmək ümüdüylə…

Advertisements
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: