Əsas səhifə > Qeydlərim > Şərəf Tariximiz – 20 Yanvar

Şərəf Tariximiz – 20 Yanvar


Azərbaycan tarix boyu qonşularıyla həm yaxşı, həm də gərgin münasibətdə olmuşdur. Bu günə kimidə bu ikili münasibət davam etməkdədir.
Azərbaycan SSRİ-nin tərkibindən azad oldu, öz “müstəqilliyini” əldə etdi. SSRİ-nin boyunduruğundan qurtulmaq Azərbaycan üçün itkisiz başa gəlmədi. Və ən acı gününü 1990-ci ilin “20 Yanvar”ında yaşadı. Bu acı gün Azərbaycanın tarixində qan yaddaşı kimi yox, şərəf tarixi kimi qalmalıdı.
Cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, cəsarətini, əyilməzliyini göstərdiyi tarix bizim matəm günümüz ola bilməz.
Təəssüflər olsun ki, həmin tarixdən bu günə kimi Azərbaycanda həmin tarix bu gündə matəm günü kimi qeyd edilir. Hər il Yanvar ayının 19-undan 20-si tarixinə keçən gün Televiziyalarımız sanki matəm libasına bürünür. Düzdür neçə-neçə insanlarımızı itirdik. Bunun üzüntüsünü yaşadıq və yaşayırıq, lakin onsuzda təqvimimiz qara günlərlə qaralanır.
“1990-cı il 20 Yanvar” tarixi ilə biz öyünməliyik, daha yas tutmamalıyıq. Ən azından bu “Şəhidlər Xiyabanı”nda uyuyan şəhidlərimizə hörmətsizlikdir. Onlar bizim şərəfimizdir və həmin tarixdə bizim “Şərəf” tariximizdir.

P.S “Google”da yazı üçün şəkil axtarırdım və hansı şəkilə baxırdım,üzərində “Qara Yanvar” yazısı həkk edilib.

Advertisements
  1. Yanvar 19, 2012 tarixində, saat 4:40 axşam

    mence bu acini tek 20 yanvar gunu yox hemise yasamaliyiq

  2. Yanvar 19, 2012 tarixində, saat 5:39 axşam

    Amma yas tutaraq yox!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: