Əsas səhifə > Qeydlərim > Təhsilimiz və Bu Günümüz

Təhsilimiz və Bu Günümüz


Hansı sahə üzrə təhsil almasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı aldığı təhsili dövlətinin və cəmiyyətinin mənafeyi üçün belə desək, xərcləməlidir. Əlbəttə ki, dövlət vətəndaşının bu yolda etdiklərini ədalətli şəkildə qiymətləndirməlidir.
Nəzəri cəhətdən baxsaq görərik ki, Azərbaycan gənclərinin 80%-dən çoxu diplom sahibidir. İstər ölkə daxilində, istərsə də xaricdə aldığımız təhsili Azərbaycan üçün nəsə edə bilərik. Təəssüflər olsunki, bir çox savadlı və bacarıqlı gənclərimiz bu sahədə kənarda qalırlar.
Buna səbəb nədir?- Bəlkə səbəb gənclərimizin maddiyyat arxasınca vaxtlarını sərf etmələridir, digər səbəb isə dövlətin belə gənclərə qarşı biganə olmasındadı. Bu problem cəmiyyətimizdə qlobal məsələ kimi dəyərləndirilməlidir.
Əlbəttəki təhsil bir çox sahələrdən vacibdi. Hər bir kəs kiçikdən böyüyə kimi ən azından müəyyən qədər təhsilə malik olmalıdı.
Fikrimcə, ali təhsil vacibdi ama olmasa da olar. Ən əsası hər bir Azərbaycan vətəndaşı müəyyən biliklərə yiyələnməlidir. Və imtahana həyatımızın mənası kimi baxmaq da düzgün deyil.
Həyat imtahandır və bu imtahanda yüksək nailiyyət əldə edib, düzgün yöndə istifadə etmək istəyiriksə, təhsil almalıyıq. Daima təhsil həyatımızın prioreti olmalıdı.
Ancaq çox təəssüflər olsun ki, təhsilimizi həm içdə, həm də daxildə aşağı səviyyəyə çatdıranlarda var. Buna misal olaraq, Diplom işi- müəllim tələbənin hazırladığı diplom işini qəbul etmir və istəyirki öz işini tələbəyə müəyyən məbləğ qarşısında versin.
Yuxarıda qeyd etdiyim misal təhsilimizin kiçicik problemlərindən biridir. Buna bir çox misallar çəkməklə problemləri qabartmaq olar.
Bu ölkənin vətəndaşı olaraq hər birimiz bu problemlərin həll olunması yolunda mübarizə aparmalıyıq. Cəmiyyət olaraq özümüz üçün, vətənimiz üçün təhsilimiz uğrunda mübarizə aparmalıyıq.
Elm ağlı, şüuru inkişaf etdirir. Hər zaman təhsilimizdə öndə olmalıyıq…

Note: Yazını modern.az saytının keçirdiyi layihəylə bağlı yazmışam… 🙂

Advertisements
Kateqoriyalar: Qeydlərim Etiketlər: , , , , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: