Əsas səhifə > Qeydlərim > Vətəndaşları soymağın başqa bir üsulu ( TOPAZ)

Vətəndaşları soymağın başqa bir üsulu ( TOPAZ)


Bütün dünyada olduğu kimi Azərbaycanda da idman oyunlarına pul qoyuluşu edilir. Bir neçə ay əvvələ kimi “totalizator” deyilən mərc oyunları Azərbaycanda rəsmi şəkildə fəaliyyət göstərmirdi. Rəsmi şəkildə fəaliyyət göstərməməsinə baxmayaraq totalizatorlar ədalətli şəkildə və bərabər haqqlarla fəaliyyət göstərirdilər. Ancaq başda Azad Rəhimov olmaqla Gənclər və İdman Nazirliyi özlərinin mənfəətini təmin etmək üçün qanunsuz fəaliyyət göstərən totalizatorların fəaliyyətinə qadağa qoydular və bunun üstünə Türkiyədə İddaa mərc oyunlarının anoloqunu yaratdılar. TOPAZ…!
Əlbəttəki rəsmi şəkildə mərc oyunlarının aparılması yaxşıdır və belə olan halda insanlarda öz haqqlarını tələb edə bilərlər. Və dünyanın çox ölkələrində mərc oyunları qanuni şəkildə fəaliyyət göstərirlər.
Ancaq di gəlki, rəsmiləşdirilmiş oyunların arxasında vətəndaşları düşünərək deyildə, vətəndaşları soymağın bir üsulu kimi tətbiq edirlər. Amma daha ədalətli və hər iki tərəfə sərf edəcəyini öhdəliylərinə götürürdülər. Əvvəl qanuni şəkildə olmasada aparılması daha ədalətli idi. Oyunlara verilən əmsallarda dünyanın çox ölkəsində necə burda da eyni əmsallar dəyərində vətəndaşlara təqdim olunurdu.
Dövlət totalizatorları özəlləşdirməklə “ədalətli öhdəliy”in arxasında hansı fırıldaqlıqların olmasını oyunlara verilən əmsalların nə dərəcədə aşağı salındığını göstərməklə ortaya çıxdı. Məs: beləki dünyanın bir çox ölkələrində, eləcədə qanunsuz fəaliyyət göstərən bizim totalizatorlarda hər hansı oyuna verilən əmsal əgər “2”dirsə, TOPAZ-da maxsimum 1.70-1.60 dəyərində qiymətləndirilir.
Əgər İddaa mərc oyunlarının adı burda hallanıbsa buna təəccüblənməmək lazımdır. Çünki bütün dünyanın ələ saldığı Türkiyənin İdaa mərc oyunları öz vətəndaşlarının xarici bukmeykerlərə çıxışını bağlayaraq onları dünyanın ən aşağı və ən soyğunçu əmsalları ilə oynamağa məcbur edir.
Ancaq TOPAZ dünyanın reytinqli, irəlidə gedən bukmeykerləri səviyyəsində də mərc oyunlarını apara bilərdi və belə şəkildə yaxşı qazancda götürmək mümükündü. Əlbəttəki harınlaşmış Azərbaycan məmurlarından bunu gözləmək gülünc olardı.
Vətəndaşların üzərinə düşən vəzifə ehtiyatlı olmalarıdır. Ancaq nə fayda necə olursa olsun, onsuzda insanları soyacaqlar . Çünki məmurlarımız bu sahədə ixtisaslaşıblar…

Advertisements
  1. Aynur Babayev
    Noyabr 5, 2011 tarixində, saat 6:14 axşam

    Men sizin yazinizi oxudum.. Men ozum nece il Turkiyede yasamisam ve iddaa oynamisam… Iddaa’nin behanesi odur ki, bes biz vergi odeyirik ona gore de emsallari asagi tutmaq mecburiyyetindeyik…Bizimkileri ise bilmirem….vergiye gore mi yoxsa camaati soymag ucun mu bele asagi emsallar qoyublar…

  2. Noyabr 20, 2011 tarixində, saat 10:20 səhər

    Əmsalları aşağı müəyyən qədər salarlar ki, hər iki tərəf qane olsun. Ama ifrat dərəcədə əmsalların aşağı salınması fikrimcə, məqsədlərinin nə olduğunu aydın göstərir.

  3. Addicted Zamin
    Dekabr 19, 2011 tarixində, saat 12:29 axşam

    Bele hereketi ancaq bizim iyrenc memurlarimizdan gozlemek olar

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: