Əsas səhifə > Qeydlərim > İran Millətlər Zindanı

İran Millətlər Zindanı


Dünyanın gözü ərəb inqilabları və diktatorlarına yönəldiyi bir vaxtda, İran deyilən yerin şimalında Cənubi Azərbaycanda hal-hazırda olan durum heç də ərəb dünyasındakı hadisələrdən geri qalmır. Əgər ərəb dünyasında ixtişaşların başlıca səbəbi korrupsiyadırsa, Güney Azərbaycanda isə tamamən əksinə soyadaşlarımıza qarşı olan amansız təqib və zorakılıqların olmasındadır. Burda da ölkə, əsasəndə Güney Azərbaycan avtotarizim şəraitində idarə edilir.
Güney Azərbaycan türkləri milli haqlarından mərhum ediliblər və milli mənəvi soyqırıma məruz qalmaqdadırlar. İran məmurları insanların evlərinə soxularaq, evlərdə qanunsuz axtarışlar aparırlar, hökumət qrumlarının nümayəndələri şəxsi evlərdə və mənzillərdə qapalı yerlərdə quraşdırılan peyk antenalarını yığışdırırlar. İnternetdən istifadəyə qarşı manelər yaradılır. Sosial şəbəkələrdən (Facebook, Twitter ) istifadə etmək qadağan edilib.
Güneydəki problem təkcə insanların milli haqlarından məhrum edilmələri ilə bitmir. Belə ki, dünyanın ikinci ən böyük duzlu gölü olan Urmiya gölü faciəli şəkildə yox olmaq təhlükəsi ilə üz-üzə qalıb. Bütün bilgilər və istatistik rəqəmlər göstərirki , Urmu gölünün qurumasının yaradacağı böyük faciə yaxındadır Onun sahəsi təxminən 6 min kvadrat kilometrdir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, heyvanlarada təsir göstərir. Bundan əlavə isə Urmu Gölünün 6 min hektarlıq duz sahili elə bir sunami yarada bilər ki, Urmunun bütün əkin ərazisi və bağları məhv olsun. Gölün qurumasının qarşısını almaq üçün Güneydə əhali müxtəlif yollardan istifadə edərək öz etiraz və narahatçılıqlarını bildirsələrdə bir faydası olmur. Beləki hökumət orqanları bu məsələyə hələdə biganə qalmaqdadırlar. Gölün quruması yaxınlarda parlamentdə müzakirə mövzusuda oldu.
Deputatların sölədiklərindən belə nəticə çıxarmaq olar ki, hakimiyyət bu su hövzəsinin quruması ilə barışır və ya onun quruyub məhv olmasını istəyir.
Bucnurddan olan parlament üzvü Musəlrza Sərvətinin söylədikləri bu qənaəti bir daha təsdiqləyir. O, müzakirələ zamanı deyib ki, Urmiya gölü ətrafındakı əhali (əsasən azərbaycanlılar) «başqa yerə köçsün, gedib başşqa bir işlə məşğul olsun. Bu göl quruyacaq».
M.Sərvəti əlavə daha sonra edib:«Göl ətrafında əkinçiliklə məşğul olanlara vəsait ayırmaqdansa, onların oralardan köçüb getməsinə pul verilsə daha yaxşı olar. Bu vəsaitlə onlar başqa işlə məşğul olarlar. Bir halda ki gölün iki ilə quruyacağını söyləyirsiniz,onda niyə hay-küy salıb, dövləti qınyayırsınız?»
Əllbəttəki məsələyə biganəlik İran siyasətinin bir hissəsidir. Millət vəkillərinin dediklərini açıq şəkildə desək, azərbaycanlılar həmin ərazidən köçürülsün digər millətlərdən olan kürtlər, ermənilər həmin ərazilərə yerləşdirilsin.
Parlamentin qərarına etiraz olaraq avqustun 25-də keçirilən Təbrizin futbol komandalarının (Traktor-Şəhrdari) görüşündə şüarlar səsləndirilib, Urmu gölü ilə bağlı bildirişlər yayılıb. Etirazın davamı olaraq Urmiyada və Təbrizdə yürüşlər keçirilib və aşağıdakı şüarlar səsləndirilib..

“Türk dilində mədrəsə Olmalıdır hər kəsə”
“Azərbaycan var olsun İstəməyən kor olsun”
“Urmu Gölü can verir Məclis qətlinə fərman verir”
“Gəlin gedək ağlayaq Urmu Gölün dolduraq”
“Azərbaycan timləri Fərqi yoxdur rəngləri”
“Adil Firdövsipur Bişərəf bişüur”
“Ölüm olsun faşizmə”
“Siyasi məhbuslar gərək azad ola” …

Advertisements
  1. Avqust 28, 2011 tarixində, saat 11:36 səhər

    Ümumiyyətlə, yersiz millətbazlığın tərəfdarı olmamışam heç vaxt. Əgər AZADLIQ, VƏTƏN anlayışımız öz dilinin və dövlətinin müstəqil(!) formalaşdırılmasıdırsa, onda deyin mənə görüm, ingilisin azad vətəni haradır? Hanı ölkə ispanın AZAD vətənidir? (Bu mövzunu tezliklə eninə-uzununa blogumda işləyəcəm)

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: