Əsas səhifə > Qeydlərim > “9 gizli dosye”

“9 gizli dosye”

Avqust 15, 2011

Bu yaxınlarda Türküstan qəzetindən oxuduğum maraqlı faktları qeyd etmək istərdim. Məşhur fransız yazıçı Alen Deko (Alain Dejaux) “9 gizli dosye” kitabında dünyanın 9 məşhur liderinin ölümləri barədə maraqlı məqamları əks elətdirib. Həmin liderlərdən biridə faşist Almaniyasının rəhbəri Adolf Hitler haqqında olan məlumatdır.
Kitabda faşist Almaniyasının rəhbəri Adolf Hitler barədə yer alan məlumatda bildirilir ki, müharibəni uduzduğunu tam yəqinləşdirən Hitler bunkerdə son günlərində öncə özü üçün nikah mərasimi təşkil edib.
Ər-arvad sıra ilə nikah kəsənə evlənmələri üçün razılıq olaraq “Bəli” deyə cavab verdilər. Sonra nikahlarını təsdiqləmək üçün imza atdılar. Növbə Evaya gələndə, öncə dəftərə “Eva B…” imzalamağa başladı, sonra durdu, gülərək B hərfini sildi və yanına “Hitler, qızlıq soyad Braun” yazdı.
Sonrakı saatlarda Hitler Frau Cungeyə vəsiyyətnaməsini oxutdurdu. Cunge Hitlerin katibələrindən biri idi.
Ölümlə üz-üzə olmasına baxmayaraq, Hitler fikirlərinin heç birindən əl çəkmirdi.
“1939-cu il müharibəsini mənim istəyim və ya bu müharibəni Almaiyada hər fərdin istədiyi tamamilə uydurmadır. Müharibə yəhudi siyasətçi qurlarının müdafiə elədiyi bir fəlakətdir. Bu qurdlar ya yəhudi, ya da yəhudilərə işləyənlər idi. Bir neçə dəfə onlara tərksilah olmaq barədə təklif etdim. Ancaq bu təkliflərim heç bir zaman qəbul edilmədi. Birinci Dünya Müharibəsindən sonra bir neçə dəfə təkrarlamışam. Mən İngiltərə ilə münasibətləri soyutmağa əsla tərəfdar olmadım. Təbii ki, ABŞ ilə də vuruşmaq istəmirdim”.
Gələcək əsrlərdə şəhərlərimizin xarabalıqları bütün bu vəziyyətlə səbəb olan beynalxalq yəhudiliyə nifrətin daha da artmasına səbəb olacaq”.
“9 gizli dosye”nin Hitlerdən digər sitatı: “müharibəni uduzduq. Artıq şərəflə ölməyi də bilməliyik”. “Ruslara əsir düşəcək qədər axmaq deyiləm. Əminəm ki, məni muzeydə saxlayıb hər kəsə nümayiş etdirəcəklər”.
Hitlerin son günləri haqda daha sonra qeyd olunur. Söhbət onun yavəri olmuş Lingenin dilindən təqdim edilir:
“O, 29 aprel səhəri hər kəsin çaşqın baxışları altında sanki heç bir şey olmamış kimi ayağa qalxdı. “Yata bilmirəm” dedi. Barmağını dodağına qoyaraq bunkerdə yolunun üstündə yatanları oyandırmamağa çalışırdı. Eva otaqlarında idi və görünmürdü. Saat 6.00-da Hitler Bormanın katibəsi Krugeri çağırdı. Qadın öncə əvvəl altı uşağını öldürəcək, sonra özü intihar edəcəkdi. Üstündəki partiyanın qızıl medalını çıxarıb qadının köynəyinə taxdı. Bu böyük həyacan anı oldu. Sonra mənə tərəf dönərək “əlvida Linge” dedi.
Daha sonra əlavə etdi: “Bəlkə həyatda məni sizin qədər heç kim tanımadı, 1935-ci ildən bəri kölgəmsiz. Şübhəsiz yaşamağınızı istəyirəm. Mənim haqqımda ən müdhiş, ən pis şeyləri deyəcəklər. Qaliblər haqqımda ən pis şeylər deyəcəklər, bunun yolunda əllərindən gələn hər şeyi edəcəklər. Ancaq bir-iki nəsil sonra bütün bu fırtına çəkiləcək və hamı mənə haqq verəcək”.
“Hitler bundan sonra intihar edir. İntihardan öncə benzin gətirməyi əmr edir. Göstəriş verir ki, onun meyitini yandırsınlar. Belə də olur. Fəqət onun meyiti tam yanmır”.
Sonradan rusların əlinə keçir – deyə “9 gizli dosye”də qeyd olunur”.

Advertisements
%d bloqqer bunu bəyənir: