Əsas səhifə > Qeydlərim > Elnur Məcidli haqqında (təəssüratlarım)

Elnur Məcidli haqqında (təəssüratlarım)


Elnur Məcidliylə ilk tanışlığımız Qərb Universitetinin ikinci korpusunun həyətində olmuşdu. Elnur bizim universitetə Azərbaycan Pedoqoji Universitetindən köçürülmüşdü. Bizdən bir kurs yuxarı olmasına baxmayaraq, bir çox dərslərdə bizlə otururdu. Məlumunuz hər hansı universitetə öz ixtisasına uyğun olmayan fakultəyə köçürülərkən həmin fakultənin fənnlərini keçmək labüd olduğu üçün məcbur bir il geri düşürsən.
Elnur bizim universitetə köçürülməsinin səbəbini dediyinə görə, burada yüksək təhsil səviyyəsinin olduğu üçün bu addımı atmışdı. Əlbəttə ixtisasında əhəmiyyəti az deyildi. Onun təhsilə meyilli olduğu dərslər zamanı sezilirdi. İmtahanlarda da nəticələri yaxşı olurdu.
Hal-hazırda Elnur Məcidli həbsdədir. O, dəsr ilinin qurtarmasına həftələr qala qondarma ittihamla günahlandırılaraq azadlıqdan məhrum edildi.
May ayının 11-i facebook səhfəsində polisə çağırıldığı haqqında belə yazmışdı.. “Bu gün saat 17:00 a . Nəsimi Rayon Polis İdarəsinə çagırıblar . Güya nəsə izahat alacaqlar” Yazdığı statusundan da göründüyü kimi əvvəlcədən hiss etmişdi, boşuna çağırılmadığını. Və şərrəyib həbsə aldılar. Həmin gün Elnurdan nə məsələ olduğunu soruşduğumda: “Dərsdən sonra polis idarəsinə gedəcəyini söylədi,” və Elnur bu sözləri deyərkən, gülümsəyirdi. Və bu onun cəsarətinin, qorxmazlığının sübutu idi.
Elnur sakit və mehriban bir oğlandı, ancaq hər zaman haksızlığa öz səsini ucaldırdı və həmin mövqeyindədir. Ən əsasıda etibarlı və güvənilir bir dost!
Hal-hazırki rejim Elnuru azadlıqdan məhrum elədiklərini sanırlar. Amma anlamırlar ki, azadlıq sadəcə geniş bir alanda yaşamaq deyil, əsas olan daxilən azad olmaqdır ki, buda Elnurda var..
Hər birimiz həbsdə oluna bilərik və döyülədə bilərik. Ancaq Elnur kimi və onun timsalında digər həbsdə olan azadlıq carçıları kimi dözümlü və səbirli olmaq lazımdır. Çünki onlar inamlıdırlar və tunelin sonundakı işığı görə bilirlər.

Advertisements
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: