Əsas səhifə > Qeydlərim > Norveçin 11 sentyabrı…

Norveçin 11 sentyabrı…


22 Iyul 2011 – ci il.. Bu tarix Norveçin 11 sentyabrı oldu. Həmin gün yerli vaxtla saat 15:27 də (Osla ilə Bakı arasında saat fərqi 3-dür) Oslonun mərkəzində, hökumət binasının qarşısında avtomobildə güclü partlayış baş verir, ardınca Oslodan 50 km aralıda yerləşən Ütoya adasında sosial-demokratların yay düşərgəsində dincələn gəncləri partlayışla əlaqəsi olan, polis geyimli şübhəli şəxs 1 saat ərzində dayanmadan silahla qətlə yetirir. Saat 18:27 də adaya gələn xüsusi təyinatlı polis dəstələri tərəfindən cinayətkar saxlanılır. Partlayış nəticəsində 7 nəfərin həlak olduğu, 30 nəfərin yaralandığı deyilir. İkinci cinayət nəticəsində isə 86 nəfər həlak olur, 60 nəfər yaralanır.

Hər hansı belə bir hadisə baş verərkən hadisə yerinə ilk öncə hüquq-mühafizə orqanları özünü yetirir. Norveçdə isə əksinə oldu. Mətbuat operativliyi ilə diqqət mərkəzində oldu. Norveç dövlət teleradiosunun vertolyotu hadisə yerinə polisdən də əvvəl özünü yetirdi. Belə demək olarsa, cinayətkar Breivikin hadisəni necə törətməsi bütün dünyanı gəzdi. Polislər isə qayığın xarab olması ucbatından hadisə yerinə 10 dəqiqə yubanmaqla çata bildilər. Bu isə 10 dəqiqəyə 10 adamın həlak olması deməkdir. Polis hadisə yerinə qayıqla, jurnalistlər isə vertolyotla gəldilər. Bir sözlə Norveç mətbuatı polisdən də çevik çıxdı.

Ən maraqlı məqam orasındadır ki, Norveçin nə yol polisi, nə də təhlükəsizlik nazirliyi var. Ölkədə ancaq polis və ədliyyə nazirliyi fəaliyyət göstərir. Üstəlik polis silahdan istifadə etmir. Yalnız xüsusi təyinatlı polis dəstələri silah daşıyırlar. Buda ki hər hansı silahlı müqavimət zamanı baş verir. Ancaq bütün bunlara baxmayaraq Norveç polisi hadisəni dəqiqə-dəqiqə ictimaiyyətin nəzərinə çatdırdı. Beləki hadisələrin gedişində jurnalistlər sualları tükənənə qədər polisi sual atəşində saxladılar.
Baş nazir Jens Stoltenberq hadisədən sonra çıxış edərək, söyləyibki: “Biz bаlаcа, аmmа məğrur millətiк və hеç кimə yоl vеrməriк кi, bizi qоrхutsun, bizi Nоrvеç оlmаqdаn çəкindirsin”. Norveçin ərazisi xeyli geniş olsa da əhalsi xeyli az (təxminən 4,5 milyon) olduğundan “balaca millət” ifadəsini Norveçlilər tez-tez işlədirlər. Bu hadisədən sonra “Balaca Norveç Millətinin” demokratiyası bir qədərdə möhkəmləndi.

Advertisements
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: