Əsas səhifə > Qeydlərim > Çoxəqidəlilik, yoxsa çoxsifətlilik?!

Çoxəqidəlilik, yoxsa çoxsifətlilik?!


Əvvəlki dövrlərdə çoxəqidəlilik geniş yayılmamışdır. Bir partiyadan digərinə keçmək belə çox çətin və mümkünsüz idi. Ya buna səbəb rejimin çox qatı olması idi, ya da indiki zamandakı kimi insanlar azadlıqla, özbaşınalıqları qarışdırmırdılar. İndiki zamanda isə bu adi hal alıb.

Görünüşcən eyni olsalarda, tamam fərqli üzlər..

Millətin xilası üçün vahid yol olmalıdır. Yoxsa hər kəs istədiyi kimi müxtəlif yola etiqad edəcək. Belə olan halda cəmiyyət daha da öz simasını itirir.
Əlbəttəki çıxış yolu YAP-ın apardığı “azərbaycançılıq” ideologiyası heç vaxt ola bilməz. “Azərbaycançılıq” kommunistlər tərəfindən bu xalqa hopdurulmuş bir ləkədir. Bu millətin adı türkdürsə, niyə bunu danmalıdır?! Azərbaycanın daxilində yaşayan azlıqlar belə bizə türk deyir. Özümüz özümüzdə isə “türk” sözünü kompleksləşdiririk. Hansıki birdən kimlərinsə xoşuna gəlməz. “Türk” sözü kimlərinsə xoşuna gələr, ya gəlməz deyə deyilmiyib. Bu gün, millətin çıxış yolu olan “Türkçülük” yolu tükdən asılı bir vəziyyətdədir.

Öz daxilimizdə nə qədər bölünmələr varkən, ( kommunistlər, demokratlar, solçular, sağçılar, liberallar və s.) üstəlik dini parçalanmaları da saysaq (şiə, sünni, vəhabi, nurçu və. s …) hansı yola qulluq etdiyimizi heç özümüzdə də dərk etmirlər.

Elə bir vəziyyət yaranıb ki, şan-şöhrət, vəzifə, pul insanlara öz soyköklərini belə unutdurur.
İnsanlar dondan dona girib, çıxırlar. İndiki zamanda nə qədər şablon ifadələr, sözlər yayılıb. Çağımızda toplumun mənafeyi əsas tutulmur… Fərdlərin mənafeləri önə çıxır ki, budakı birmənalı şəkildə yuxarıda qeyd etdiyim səbəbələrdən asıldır. Bəzi məqamlarda insanlar öz hərəkətlərinə don geydirmək üçün, “müstəqil insanam” kəlməsindən istifadə edirlər. Buna çoxsifətlilik desək daha düzgün olar…

Daha da düzgün şəkildə desək… “Çoxsifətlilik, yaxud köpük dünyanı xilas edir”

Advertisements
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: