Əsas səhifə > Qeydlərim > Ekstrasens şair

Ekstrasens şair


Əvvəlki dövrlərdə cəmiyyət tez-tez dəyişilmirdi. Müasir dövrdə isə əksinə tez-tez cəmiyyət dəyişdikcə dünyanın modelidə dəyişməyə uğrayır. Və müəyyən dövrlərdə qələm ustalarının verdiyi proqnozlar elə öz dövrlərini əhatə edə bilirdi. Ancaq elə bir dahi insan var ki, cəmiyyət və cəmiyyətdəki stiuasiya nə qədər dəyişir dəyişsin onun qələmə aldığı şe’irlər hər bir dövrü əhatə edir. Bu dahi insan Azərbaycan ədəbiyyatının ən öncül yaradıcılarından olan Mirzə Ələkbər Sabirdir. Onun yaratdığı əsərlər cəmiyyətin bütün təbəqələrinə aiddir,  hər bir kəsi özündə ehtiva edir.
“Mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”, deyən şair, siz deməyin ekstrasens olubmuş. Onun uzaq görən, ekstrasens olduğu şe’irlərindən üzə çıxıb. Beləki, o dövrü üçün qələmə aldığı şe’irləri sanki günümüz üçün yazılıbmış.

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsada həq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsada batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Ekstrasens şairin yuxarıda “copy past” etdiyim şeiri onun uzaq görənliyinin ən bariz nümunəsidir. Belə ki, kütlənin passiv olmasından, cəmiyyətdəki proseslərə biganə qalmasından, insanların hər cür əzab-əziyyətə tab gəlmək üçün yaşamalarından narazı idi şair. Şair öz dövründən şikayət edirdi ama boşuna heç nə dəyişməyib,  şair! Köhnə hamam köhnə tas!

Bu dünyanı necə qoyub getmişdinsə, elə həmin dünyadır.

Advertisements
  1. Heç bir şərh yoxdur.
  1. İyul 7, 2011 tarixində, saat 9:03 axşam

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: