Əsas səhifə > Qeydlərim > Nə etməli?…

Nə etməli?…


 Konustitusiya üzərində Azərbaycan demokratik ölkə olsa da demokratik dəyərlərə əməl edilmir.   

Demokratik rejimin normaları heçə sayılır.  Güclər necə istəyir elə də ölkəni idarə edirlər. İnsanların hüquq və azadlıqları pozulur.  Tamamilə demokratiya adı altında monopoliya bərqərar olunub.  İnsanların söz və ifadə azadlığı əllərindən alınır.  Azərbaycan kimi dövlətin ən böyük problemi kimi Dağlıq Qarabağın işğal altında olması göstərilir.  Vəziyyət o hala gəlib ki, insanları işğal olunmuş torpaqlar yox, Qarabağ uğrunda canını fəda etmiş insanlarımız yox, sosial durumları narahat edir.  Əllbəttəki xalqı qınamaq olmur.  Hər kəs bir tikə çörək qazanmaq üçün normadan artıq işləməlidir.

 Xalq həqiqət yolundadır deməklə, quzunun qurda dönməməsi üçün insanları “mikrob”a yoluxdururular.  Bir şeyi çox gözəl anlayırlar və tətbiq etməyə çalışırlar ki, millətin şövq və həyacanı bir kərə qırıldımı, bir daha canlanmayacaq.  Qəti şəkildə buna imkan vermək olmaz!  Çünki insanın mövcud olan iradəsi olmadan milləti mənəvi imtahandan çıxarmaq mümkünsüz olacaq.  Dövlət avtoriteti “sülh,əmin-amanlıq, təhlükəsizlik” kimi anlayışlardan tez-tez istifadə edir. Bununla insanların mübarizə əzmini qırmaq istəyir.

Hakimiyyətə qarşı mübarizənin bir partiya vasitəsilə aparılmaması düzgün addım oldu.  Bu mübarizə başqa bir hərəkatla aparılmalı idi və aparılır.  Ancaq hələki bu hərəkatın nəticə verməməsinin səbəbi ancaq  müdafiə möveqyində olmasını görmək olar.  Çünki insanlar arasında belə bir deyim səslənirki, hakimiyyətdə olanlar getsə bəs necə olacaq?  Cavab budur:  Demokratiya!  Ancaq halva-halva deməklə ağız şirin olmaz.  Gərək ki məqsədin daha məntiqli,  daha aydın və hər kəsin qəbul edə biləcəyi və istəyəcəyi təkliflər olsun ki, ətrafına mübarizə aparacaq insanlar toplansın.  Hakimiyyət əleyhinə çıxmaqla iş bitmir.  Meydanlara kiçicik narazı kütləni çıxarmaqla quzunu qurda qurban vermiş oluruq.  Bütün bunlardan çıxan nəticə budur ki, rejimə qarşı sağlam iradə ilə qurulan doktrina olsun, ya plan olsun yoxdur, ya da natamamlıqlar vardır.  Göründüyü kimi neçə-neçə gənclərimiz həbsdədirlər.  Onların həbsə düşmələri bizlərə nə verdi? – Daha da xalq arasında qorxu yaradırlar.  Aparılan mübarizənin uğursuz və ruh düşgünlüyü ilə nəticələnməsinin səbəbi natamamlıqların olmasındadır.  Düzdür mübarizə davam edir və davam edəcək.  Ancaq mübarizə başladığı tempdə getmək əvəzinə daha da səngiyir.  Əldə edilən bircə nəticə var ki, budaki azcada olsa qərbin dəstəyini hiss etməyimizdir.  Qərbin dəstəyi isə hadisələri daha fəlakətli hala gətirə bilər.  Bunun üçün özümüz öz haqqımızı qazanmalıyıq.  Yoxsa hər hansı təkliflər irəli sürülmədən demokratiya tələb etməklə mitinq kütləviləşməyəcək.

 Prolemlərin həllində hisslərin daha doğru yol tapması nadir hadisələrdən olardı.  Bunun üçün təkliflər planı hazırlanaraq, ictimaiyyətə sunulmalıdır.  Beləcə məqsədə çatmaq real olacaq.  Qarşıya qoyulacaq təkliflər məqsədə çatmağa yardım edəcək.  Çünki burada qərar və nəticə müdafiə ilə yox, hücumla meydana çıxar.  Hücum isə qarşı tərəfə öz prinsiplərini qəbul elətdirməkdir.

Advertisements
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: