Əsas səhifə > Qeydlərim > Dayanacaq

Dayanacaq


Azərbaycanda hər sahədə problem olduğu kimi “dayanacaq” məsələsində də problemlər başdan aşır. Avtobusların dayanacaqdan kənar yerlərdə saxlayıb sərnişin mindirməsi və düşürtməsi bizim paytaxtın problemlərindən biridir. Belə ki, ən çox diqqət çəkən məsələlərdən biridə avtobus dayanacaq yerlərində sərnişin avtobuslarının yox da, taksilərin dayanmasıdır. Belə ki, ən azından bildiyimiz qədər taksi dayanacağından tutmuş, yük avtomobillərinə kimi dayanacaqlar mövcuddur. Bütün dünyada belədir ki, avtobus dayanacağının öz, taksi dayanacağının öz yeri vardır.

 Əvvəlləri dayanacaqlar daşdan hazırlanırdı və sərnişin çoxluğunu görmək mümkün olurdu. İndiki zamanda isə daş dayanacaqlarını “şüşəli dayanacaqlar” əvəz edib. Dayanacaqların düzgün yerdə qoyulmamasıdır, ya taksilərin avtobus dayanacaqlarını “zanit” etməsidir ki, şüşəli dayanacaqlarda yer çox, ama insan olmur. Sən dayanacaqda marşurut gözləyirsən, marşurut isə dayanacağa yaxın belə gəlmir. Bilmirsən sərnişinləri başa salasan ya sürücüləri. Gileylənirik ki, avtobuslar dayanacaqda saxlamırlar. 15-20 metr dayanacaqdan qabağda, ya da dayanacağa çatmamış saxlayırlar. Hətta avropa ilə müqayisə edilə bilməyəcək belə bir videoda var. Azərbaycanda sərnişinlər avtobusun dalıyca qaçırlar ki, türkün məsəli tutub minsinlər. İndi zəmanə elə dövr edibki, nə sürücülər, nə də ki sərnişinlər dayanacağa yaxın durmurlar. Sanki dayanacaqda dayanana söyüş qoyublar. Yazılmamış belə bir qayda ortaya çıxır “Sərnişinlər dayanacaqdan 20-30 metr aralı durmalıdırlar, əks halda avtobusa minmək mümkün olmayacaq”.

Bütün bunlardan əlavə avtobusların dayanacaqdan kənarda saxlamasıdna bizlərində günahı var. Belə ki, harda gəldi sürücüdən tələb edirik ki, saxlasın, ya da əl edib saxlamasını istəyirik. Avtobusların dayanacaqdan kənarda saxlaması həm digər sərnişinlərə, həmdə ki digər sürücülərə narahatçılıq yaradır. Avtobusda olan sərnişinlər getdiyləri ünvana gecikirlər, sürücülərdə bundan əziyyət çəkmək məcburiyyətində qalırlar. Əslində isə sərnişinlər sürücülərə saxlayın deməməlidirlər, sürücülər hər dayanacaqda özləri saxlamalıdırlar.

Advertisements
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: