Əsas səhifə > Qeydlərim > Şuşa yas içində, Bakı bayram havasında

Şuşa yas içində, Bakı bayram havasında


 Azərbaycan SSRİ-nin tərkibindən çıxdıqdan sonra bir çox çətinliklərlə də olsa öz müstəqilliyini elan etdi. Bununla yanaşı Qarabağ Ermənistanın təzyiqilə üzləşmişdi. Getdikcə Dağlıq Qarabağ rayonları Ermənistanın nəzarəti altına düşməkdə idi. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa şəhəridə 1992-ci il mayın 8-də işğal olundu. Yüzlərlə dinc sakin həlak olub, yaralanıb, 60-a yaxın dinc sakin girov götürülüb və ya itkin düşüb. Onların arasında qadınlar və uşaqlar da var. 25 minə yaxın insan məcburi köçkünə çevrilib. Şuşanın işğalı Rusiyanın Qafqazda mövqeyinin möhkəmləndirilməsi, Azərbaycanda gedən Rusiyadan qopma proseslərinin qarşısını almaq və ermənilərin mövqeyini Dağlıq Qarabağda, Qafqazda möhkəmləndirmək üçün idi.  Hal-hazırda da Şuşasız bir il daha geridə qaldı. Bir neçə gün sonra isə Laçının daha bir ilini geridə qoyacağıq. Bütün bunlara baxmayaraq, Şuşanın işğalı günün səhəri “Qələbə günü”nü qeyd etdik.

2 aprel günü Kəlbəcərin işğalı günüdür deyə,  2 apreldə keçirilmiş mitinqə qarşı olaraq bir qrup gənclərimiz etiraz etdilər. Mayın 10-u isə Heydər Əliyevin ad gününün şərəfinə gül bayramını qey edəcəyik. Hansı ki, Şuşada ölən bacı,qardaşlarımızın hələ qanı yerdə qurumayıb. Bu gənclərimiz niyə səslərini çıxarmırlar, hansı ki, adi bir mitinqə görə Kəlbəcərin işğalı günüdü deyə etiraz etmişdilər. Bəyəm Kəlbəcər Azərbaycan torpağıdır, Şuşa yox?                

 Bakı da isə əməlli başlı bayram havası yaşanır. Şəhərin hər tərəfi demək olar güllərlə bəzədilib. Əlbəttəki bayram qurub, şad yanalıq etməyin pis bir tərəfi yoxdur, lakin bütün bu olanlara göz yumub, dəmdəsgah qurub bayram keçirmək sadəcə ağılsızlıqdır. Əhali işləməkdən o qədər yorulub ki, dövlət onlar istirahət etsin deyə milyonlarla büdcədən pul xərcləyir. Hər il gül bayramı keçirmək üçün büdcədən 14-15 milyon pul xərclənir. Sanki Azərbaycan bütün problemlərini həll edibdə, ölkə əhalisinin də sosial rifahı ən yüksək haldadı. Ancaq hər kəs bilir ki, camaat acından günorta yerindən dururki, cibinə qənaət etsin.  Bir şey var ki, gül bayramı insanların sosial rifahına təsir etməsədə, korrupsiyanın çiçəklənməsinə bilavasitə təsir edir.                                 

Milli Məclisin üzvü Gülər Əhmədov hər il gül bayramının ləğv olunmasını istəyir. Onun fikrincə büdcədən milyonlarla manat pul xərclənir ki,  gül bayramı keçirilsin, lakin bunun əvəzində “10 May” adlı bağ salınsın. Bu isə Hacıbala Abutalıbovun işinə yaramır. Səbəbi isə gül bayramı hər il keçirilir deyə cənab Abutalıbov hər il büdcədən pul götürə bilir. Bağ salınsa isə bir dəfə pul xərclənəcək.   Xanım Əhmədova çıxışında ciddi nəsə bir şey demədi, daha doğrusu dərinə gedə bilmir ki, deyə əvəzində ac insanların rifahı üçün pul xərclənsin. Əks halda gələn seçkilərdə postunu itirə bilər.

Nəysə… Gül bayramınız mübarək olsun (daha doğrusu qul bayramnız)

Advertisements
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: