Əsas səhifə > Qeydlərim > Çadırda yaşayan diktator

Çadırda yaşayan diktator


2011-in gəlişindən başlayaraq Ərəbistan yarımadasını iniqlablar dalğası bürüməyə başladı.

Inqilabların nəticəsi olaraq Misir və Tunisdə hakimiyyət devrildi. Və bundan sonra digər ərəb ölkələri də Misir və Tunis inqilablarından ilham alaraq, ayağa qalxdı. Belə ölkələrdən biri də qara qitənin şimalında yerləşən Liviya idi. Tez bir zamanda  Qəddafi rejiminin deviriləcəyinə inanırdılar. Həttta Qəddafi rejiminin də qısa zaman ərzində tamamən çökəcəyini proqnozlaşdıran yazılar, çıxışlar hər yeri bürümüşdü. Lakin özünü Məhəmməd peyğəmbər, İsa və Musanın davamçısı kimi elan edən və əsil adı Müəmmar ben Muhamməd Əbu Menyar Abdel Salam ben Həmid-əl Qəddafi olan Liviya lideri çıxışında bildirdiyi kimi “Mən nə Ben Aliyəm, nə də ki, Mübarəkəm!” sözlərini boşuna söyləmədiyini ortaya qoydu. Belə ki, o qərbin bütün planlarını alt – üst etməkdədir. Ölkədə inqilabçılarla Qəddafi tərəfdarları arasında silahlı toqquşmalar başladı. Üstünlük gah üsyançılara, gah da Qəddafiyə keçməydədir. Ən əsası isə insan itkiləri gündən günə artmaqda davam edir.

Kənardan müdaxilə edilməsi ilə isə hər kəs Liviya diktatorunun sonunun çatacağnı güman edirdi, lakin gözlənilən baş vermədi. NATO Liviya xalqını qorumaq üçün gəlmişdi, səhvən üsyançıları bombalayır. Köçəri balası siyasətçi olmasada dahiyanə taktikalar etməklə vəziyyəti öz əlində saxlamağa davam edir.

Dünya güclərinin planları isə yubanmaqdadır. Əgər Qəddafi kimi problemlə qarşılaşmasaydılar, hər şey onlar üçün daha rahat və təmiz keçəcəkdi. İstədiyləri adamı hakimiyyət kürsüsünə gətirirdilər və bir sözlə müstəmləkəçiliyin müasir formasını yaradırdılar. Ancaq başqa bir mövqedən baxsaq, pis niyyətlərinin olmadığını görmək olar. Belə ki, onlar demokratiya, insan hüquqları uğrunda mübarizə aparırlar. Və haqqlı yolda olduqlarına inanırlar. Amma bəlkə də Liviyada baş verənlər yeni Əfqanıstanın, İraqın yaranmaqda olduğunu özlərinə bir daha göstərəcək. Belə desək Qəddafi NATO-nu planlarını həyata keçirmək yolunda həvəsdən saldı.  Qəddafi sözün əsil mənasında NATO-ya baş ağrısı oldu.  

Düzdü Qəddafi gec-tez deviriləcək ancaq sonrası necə olacaq, bunu isə qərb müəyyən edəcək, əlbəttəki özünə sərf edən şəkildə.

Ancaq hal-hazırda vəziyyət elə gətirib ki, Qəddafi vətəni uğrunda mübarizə aparır. Şəhid olmaqdan dəm vurur. Ölüsü belə təhlükəli olacaq kimi görünür.

Bir şeyi qeyd etmək istəyirəm ki, Müəmmar Qəddafi bu günə qədər çadırda yaşayır. Diqqət çəkən budur ki, o, xarici dövlətlərdə rəsmi səfərlərdə olanda belə ona çadır qurulur. Artıq heç kəs buna təəccüb etmir. Baxan bilir ki, çadırda yaşayan Liviya lideri Qəddafidir.Maraqlı cəhətlərdən biri kimi diktatorun qurduğu bu çadır hazırda özünün başına uçurulur. Eyni zamanda da Liviya xaqlının..

Advertisements
  1. Samir
    May 18, 2011 tarixində, saat 8:02 səhər

    Dünya meydan oxuyan diktator..

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: