Əsas səhifə > Qeydlərim > Aztv Sevindirir

Aztv Sevindirir


İlk öncə bir şeyi qeyd etmək lazımdır ki, KİV – lər arasında (Kütləvi İnformasiya Vasitələri) öndə gedən televiziyaların əsas istiqamətlərindən biri izləyicilərə, bir sözlə xalqa düzgün şəkildə informasiyaların ötürülməsindən və əhalinin problemlərini ön plana çıxarmaqdan ibarətdir. Bir sözlə desək, televiziyalar xalq üçün işləməli, hakimiyyətin əli altında olmamalıdır. Bizdə isə əksinə nəinki müstəqil şəkildə fəaliyyət göstərmirlər, üstəlik ictimaiyyəti aldatmaqla boyunduruq altında, cəmiyyəti özlərindən usandırmaqla məşğuldurlar. Televiziyaların bu şəkildə fəaliyyət göstərmələrindən danışmaqla mövzunu bitirmək olmaz. Bilmirsən hansı şoularından başlayasan.

 Ən yaxşısı son vaxtlar gənclərimizə efir vaxtı verən Aztv – mizdən başlayaq, çünki Aztv bu haqqı qazandı. Aztv kanalı, kanal olalı bəlkə də bir işə yaradı. Gənclərimizə pulsuz efir vaxtı verdi. Bir sözlə onları sevindirdi, məşhurlaşdırdı. Onları bütün Azərbaycan seyr etdi. Hər kəs onlarla qürur duydu!

Mövzu isə əlbəttə ki, son vaxtların gündəm mərkəzində olan Bakıda baş verən aksiyalar oldu. Bir şeyi fikirləşirəm ki, bu mitinqlər olmasaydı, görəsən gənclərimiz nə edərdilər, efirə necə çıxardılar. Bəlkə də aksiya iştirakçılarına ürəylərində minnətdarlıqlarını bildirirlər. Düzdü Qanlı 20 yanvarın gəlməsini gözləyə bilərdilər, Şəhidlər Xiyabanına gedib, şəhidlərimizi ziyarət etməklə bərabər Aztv – ekranlarına çıxa bilərdilər. Mitinqlərin baş verməsi onların uzun sürəcək olan həsrətinə son qoydu. Və  Aztv ekranlarına çıxdılar.

Advertisements
Kateqoriyalar: Qeydlərim Etiketlər: , , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: