Əsas səhifə > Qeydlərim > Yaxınlaşan sonluq

Yaxınlaşan sonluq


11 Martdan başladı və günlər keçdikcə daha da böyük miqyas almağa başladı.

Böyük Xalq Gününün Böyük Qəhramanları

Sonluq çatmadıqca daha da böyüyəcək, ta ki sonluğa çatana kimi davam edəcək.

2 Apreldə də Bakı yerindən çalxalandı. Bu dəfəki  zəlzələnin episentri daha böyük oldu. Hətta o dərəcədə böyük oldu ki,  “Dövlət Telviziya Kanalları” belə mitinqi ekranlarda canlandırdılar.

Və bir daha şahid olduq ki, polislərimiz hər an, hər dəqiqə xalqa öz gücünü göstərmək gücündədir. “Maşallah Söz tapmaq olmur deməyə. Sadəcə Bravo!”

Həmin gün Bakı əməlli başlı piketlər şəhərinə dönmüşdü. Bu dəfə müxalifət öz mövqeyini daha gözəl şəkildə göstərdi. Aksiyada 5 mindən artıq adamın iştirak etməsi, boğulmaq üzrə olan səsin dirçəldilməsinə böyük təkan oldu. Xalqın istəyini daha da açıqca ortaya qoydu. Digər yandan da iqtidar mehriban düşməni olan müxalifətdən geri qalmadığını göstərmək üçün özünəməxsus şəkildə aksiya keçirdi. Özünəməxsus şəkildə deyəndə ki bir sıra gəncləri şirinlikləşdirərək aksiya cəlb edirdilər. Hansı ki, aksiyada iştirak edənlər univeristetdə kəsiri, qayıbı olan, hətta universitetdən qovulma təhlükəsi olan tələbələr olublar. Görünür ən son varianta əl atmağa məcbur qalıblar.

2 Aprelin axşamı Feysbukda 74 min üzvü olan “Azərbaycan” adlı səhifədə belə bir status yazılmışdı… “Müxalifətçilərlə ermənilər arasında nə fərq görürsünüz?Biz görmürük biri düşməndi digəri düşməni sevindirən düşmənlər. Pula alınmış “Qular”. Bir çoxunun Facebook profilində dostları erməni hökümət  adamları var..Burdan səslənirik onları Vətənə Xəyanət üstündə tutsunlar.” Şərhləri oxumaq üçün açanda cəmi 4 şərhin olduğu göründü. Digər yazılan şərhləri də  silmişdilər. Görünür seçkilərdə də səsləri belə silirmişlər.

Gələyin  “Böyük Xalq Gününün Böyük Qəhramanları”na..

2 Aprelin iştirakçılarına yalnızca bir söz deməyim gəlir

“Halal Olsun Sizlərə”

Kateqoriyalar: Qeydlərim Etiketlər: , , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir şərh yazın