Əsas səhifə > Qeydlərim > Mentalitet, yoxsa Avropalaşma…?!

Mentalitet, yoxsa Avropalaşma…?!


 “Mentalitet” bu anlayış hər zaman mübahisə mövzusu olmuşdur.  Müxtəlif fikir və yanaşmalar irəli sürülmüşdür.

 Əslində isə bu anlayışı necə başa düşürük və qəbul edirik?  

 –    İlk öncə “mentalitet” nədir sualına cavab axtaraq…

 Mentalitet bütövlükdə xalqa xas olan ən əhəmiyyətli və dərin cizgiləri səciyyələndirir.

 Mentalitet ingilis sözü olub, “ağıllı, düşüncəli” deməkdir. Fikirlərin obrazlılığı, ağıllı  nəticələr və dini dünya görüşlərinin cəmi nəticəsində şəxs və şəxslər qrupunun əldə etdiyi yaşam və hərəkətlər toplumudur.

 Yəni fəlsəfi cəhətdən yanaşsaq nənə və babalarımız yaşayan kimi deyildə onların bu günə kimi yaşamında əldə etdiyi müsbət cəhətləri qorumalı və davam etdirmək, mənfiləri isə ağıl və idrakımız vasitəsilə dəyişdirməliyik.

Mentalitetin nəzəri modeli hələ A.Smit dövründən öz qüvvələrinə güvənən müstəqil “iqtisadi insanlar”dır. İnkişafa təkan verən amillər onunla əlaqələndirilir.

Bir çoxlarımız mentalitet sözünü “özünü dərk”, “adət-ənənə” kimi başa düşürük. Lakin bizlər hələdə özümüzü dərk etməmişik. Əgər dərk etsəydik cəmiyyətimiz indiki vəziyyətindən tamam başqa bir vəziyyətdə olardı. Və bir neçə misal çəkməklə hansı durumda olduğumuzu göstərmək olar.

Məsələn: Necəki bəzi rayonlarımızda qızın 15-16 yaşı tamam olan kimi ərə verirlər (hətta daha erkən yaşlarda) Qızın fikrini belə soruşmadan. Ancaq bir şeyi dərk edirlər…  Uşaqdı nə fikri olacaq, mən bilən məsləhətdi.

 Belə olduqda isə erkən nigah ana və uşaq ölümünü artır. Ən əsası isə ərə gedən qız mütləq və mütləq evdarlıq etməli, təhsilindən uzaqlaşmalıdır. Əgər qız  22-23 yaşında evdə qalıbsa ona pis baxırlar.

Bəzi ailələrimiz isə övladını erkən yaşlarda təhsildən uzaqlaşdırırki, güya onun gələcəyini düşünərək bu addımı atır. Ancaq dərk edə bilmirlər ki, uşağın gələcəyini nə dərəcədə təhlükə qarşısında qoyurlar.

 Fikrimcə isə mentalitetimizdən uzaqlaşmamalı, əksinə daha düzgün şəkildə inkişaf etdirməliyik..

Advertisements
Kateqoriyalar: Qeydlərim Etiketlər: , , , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: