Kreslo


Bəzən düşünürsən ki, insanların həyatında yaşam daimilikdir.. Həyatda nə qədər qurub yaratsanda adama elə gəlirki, hələ axıra çatmamısan..

 Necəki bizim məmur oliqarxlarımız…  Nə qədər millətin sahib olduğu sərvəti yesələrdə doymaq bilmirlərki bilmirlər. 

SSRİ boyda imperiyaya Azərbaycanın sərvəti bəs edirdi… Hətta dünyaya meydan oxuyan Hitlerli Almaniya belə  Bakı qarşısında aciz qaldı.  Ancaq di gəlki, 9 milyonluq Azərbaycan xalqı üçün bu yetərli deyil..  Səbəbi isə əlbəttəki  hər kəsə bəllidir.

Mahnıların sözlərində də  deyildiyi kimi “Bu dünya bir pəncərədir, hər gələn baxıb gedər”. Lakin bizim oliqarxlar belə düşünmürlər. Bu pəncərə nə qədər bunları cəlb edibsə əl çəkə bilmirlər. Və mahnının sözlərini dəyişdirməyə çalışırlar.

 Əgər demokratik cəmiyyətdə yaşayırıqsa deməli bir neçə ildən bir iqtidarları dəyişdirmək lazımdır, əks halda öz mövqelərini möhkəmləndirməyə çalışacaqlar .  Necəki yenədə bizim oliqarxlar…

Əsas işləri oturduqları kresloları rahatlatmaqdan ibarətdir. Bir neçə il əvvəl “Milli Məclis”dəki qoltuqlarıda dəyişdilər.  İndi yerləri daha yumşaqdı.  Hətta Milli Məclisimizin iclaslarında iştirak etməyən “Millət Vəkilləri”də gəlib kreslolarda otururlar. Düzdü ağızları bıçaq açmasada gəlirlər. Əsas odurki, gözə dəyirlər. Yerləri nə qədər isti, yumuşaq olursa adiyyatı olmayan temanıda ortaya atılarki, bir az daha , bir az daha otursunlar.. ( el arasında türkün məsəli )


Hara kimi davam edəcək bu oturma…  Yaşamın sonu olduğu kimi  kreslonu təhvil verməyində sonu olacaq. Bunu isə zaman göstərəcək…

Advertisements
Kateqoriyalar: Qeydlərim Etiketlər: , , , ,
  1. Nicat Kamal
    Mart 21, 2011 tarixində, saat 5:17 axşam

    Məmur xalqa yar olmadı neynək,
    Xalqa vəfadar olmadı neynək,
    Vurulduq biz o gül üzlü yara,
    Vot tokaya Dolya Vorozavadskaya…

  2. Etibarli
    Mart 27, 2011 tarixində, saat 5:05 axşam

    Yaxwi yazidir…cox xowuma geldi…
    Sen bizim oliqarxlari mahnida olanla bir eleme…Mahniya seviyyesi olan duwur…))

  3. Mart 27, 2011 tarixində, saat 5:05 axşam

    Qoltuqlar və kreslolar ele dəyişildi ki, oturduğun zaman kreslodan bərk yapışıb kresloya pərçimlənirsən

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: