Arxiv

Posts Tagged ‘millət’

“Mənim Mübarizəm”dən qeydlərim

May 21, 2011 1 şərh

Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriyanın Braunau şəhərində anadan olmuşdur. Atası Alois Hitler əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləmişdir. Adolf 13 yaşında atasını, 18 yaşında isə anasını itirmişdir. Həbsdə olduğu müddətdə özünün məşhur “Mənim mübarizəm” (alm. Mein Kampf) adlı kitabının birinci hissəsini yazmışdır. Aşağıda Adolf Hitlerin “millət, onun var olma instinkti və günümüz üçün aktual olan sülh müqaviləsi” haqqında fikirlərini qeyd etmişəm. Buyurub oxuya bilərsiniz: Bir irqin gələcəyi və təhlükəsizliyi bir çürük müqaviləyə bağlanır və üstəlik hər keçən il müttəfiq dövlət müqavilənin təməlini təşkil edən ünsürü sistemli olaraq gəmirir. Gün gələcək ortada …. bağlanan müqavilənin kağızından başqa bir şey qalmayacaqdı. Üzülərək qeyd edim ki, bütün mədəni irqlər həyata keçirdikləri sülhsevərlik prinsipləri üzündən yeni torpaqlar qazanmağı çox vaxt tərk edərək, daxili kolonizasiya ilə kifayətləndiklərindən meydan dəyərsiz millətlərə qalmaqda və əhalinin yerləşdirilə biləcəyi yerlər bunların əlinə keçməkdədir. Bunun da nəticəsində ortaya belə bir tablo çıxmaqdadır. Bir gün gələcək ki, dünya, mədəniyyəti daha az, ancaq daha çox enerjili olan millətlərin əllərinə keçəcək. Açıq söyləsək, gələcəkdə iki variant ortaya çıxacaq. Ya dünyamız çağdaş demokratiyanın prinsipləri ilə idarə ediləcək ki, bu halda say etibarilə çox olan millətlər tərəzinin gözündə ağırlıq təşkil edəcək. Və yaxud da dünya təbiərinin qanunları ilə idarə ediləcək. Belə olan halda da, sərt iradəli mədəniyyətlərə hakim olan keyfiyyətsiz millətlər dünyaya hakim olacaq. Görünən odur ki, Ətraflı…

Şuşa yas içində, Bakı bayram havasında


 Azərbaycan SSRİ-nin tərkibindən çıxdıqdan sonra bir çox çətinliklərlə də olsa öz müstəqilliyini elan etdi. Bununla yanaşı Qarabağ Ermənistanın təzyiqilə üzləşmişdi. Getdikcə Dağlıq Qarabağ rayonları Ermənistanın nəzarəti altına düşməkdə idi. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa şəhəridə 1992-ci il mayın 8-də işğal olundu. Yüzlərlə dinc sakin həlak olub, yaralanıb, 60-a yaxın dinc sakin girov götürülüb və ya itkin düşüb. Onların arasında qadınlar və uşaqlar da var. 25 minə yaxın insan məcburi köçkünə çevrilib. Şuşanın işğalı Rusiyanın Qafqazda mövqeyinin möhkəmləndirilməsi, Azərbaycanda gedən Rusiyadan qopma proseslərinin qarşısını almaq və ermənilərin mövqeyini Dağlıq Qarabağda, Qafqazda möhkəmləndirmək üçün Ətraflı…